İmişlidə `Kamaz` oğurlanıb - VİDEO
23:07 25 Oktyabr 2016
İmişli rayonunda yüklə dolu "Kamaz" oğurlanıb.
Femida.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə, gecə rayonun Daş bazarı adı ilə tanınan ərazisində qeydə alınıb. Sürücülər bazara gələn zaman daş yüklənmiş “Kamaz” markalı nəqliyyat vasitələrindən birinin oğrulandığını, digər avtomobillərə isə müdaxilə olunduğunu görüblər. Ümumi mənzərə göstərib ki, oğrular o biri avtomobilləri oğurlamağa macal tapmayıblar.
Aparılan yük maşınını axtarmağa başlayan sürücülər nəhayət ki, onu yol kənarında aşkarlayıblar. Lakin içərisindəki 900-ə yaxın mişar daşının oğurlandığının şahidi olublar. Hadisə barədə polisə məlumat verilib.
Hakim Cavadov - Sürücü: "Oğlum tezdən gəldi ki, daş bazarına gedirəm. Daha sonra səng edib dedi ki, ata maşın oğurlanıb. Mən özüm də gəlib gördüm ki, həqiqətən maşın yoxdur. Polisə zəng etdik. Kamerayla baxdıq amma başı bağlı idi deyə tanımadıq". Hazırda polis tərəfindən faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1328
Oxşar xəbərlər
- İmişlidə azyaşlı qız faciəvi şəkildə öldü
- İmişlidə dəhşətli olay: 3 oğlan yaşlı qadını zorladı
- İmişlidə faciə: Ata 4 yaşlı oğlunu öldürdü
- İmişlidə məktəb psixoloqu döyülüb
- İmişlidə iki ev yandı
- İmişlidə münaqişə ölümlə nəticələndi
- İmişlidə inəyə işgəncə verənlər cərimələndi (VİDEO)
- İmişlidə vəhşilik - İnəyə belə əzab verdilər (VİDEO)
- İmişlidə 3 otaqlı ev yandı
- İmişlidə ölümlə nəticələnən qəza - Yaralananlar var